Martın 30-u səhərədək ölkə ərazisində hava küləkli olacaq
28.03.2022 [17:28]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti 30-u gündüzədək davam edəcək.