MÜSAHİBƏ


Fuad Muradov: Əsas istiqamət xarici ölkələrdəki diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsidir

Türk Dövlətləri Təşkilatının Bursada təşkil olunan İkinci Diaspor Forumu çərçivəsində keçirdiyimiz ikitərəfli görüşlərdə və ümumi müzakirələrdə türk dövlətlərinin diaspor təşkilatları arasında əməkdaşlığa dair imkanlar müzakirə olunub, təcrübələr təhlil edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.
Türk Dövlətləri Təşkilatının üzv ölkələrin diaspor quruluşları arasında əməkdaşlıq strategiyasından bəhs edən komitə sədri deyib ki, əsas istiqamət xarici ölkələrdəki diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsidir.