MÜSAHİBƏ


Tahir Budaqov: Erməni cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər hazırda respublikanın bütün bölgələrində keçirilir. Yeni Azərbaycan Partiyası tərəfindən “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfransın Qubada keçirilməsi isə təsadüfi deyil. Çünki erməni cinayətlərinin qurbanlarının xatirəsinə ucaldılmış Soyqırımı Memorial Kompleksi Qubada yaradılıb. Burada kütləvi məzarlıq aşkar olunduqdan sonra bu möhtəşəm kompleks yaradılıb. Bu kompleksin yaradılmasının keçmişi yaddan çıxarmamaq, gələcəkdə daha güclü olmağımız üçün mənəvi əhəmiyyəti var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Qubada jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.