MÜSAHİBƏ


“Qarabağın ruhu – sülhə doğru uzun yol“ sərgisinin məqsədi diqqəti münaqişə başa çatdıqdan sonra Azərbaycanın apardığı bərpa işlərinə yönəltməkdir

Bu sərgidə müharibə dövrü, xüsusilə Xocalı faciəsi və Qarabağdakı dağıntılara aid fotolarım yer alsa da, sərgidə əsas hədəf münaqişə başa çatandan sonra Azərbaycanın apardığı bərpa işlərinə diqqəti yönəltməkdir.
Bu fikirləri Vyanada “Qarabağın ruhu – sülhə doğru uzun yol“ sərgisinin açılışında sərginin müəllifi Reza Deqati AZƏRTAC-a açıqlamasında bildirib.