MÜSAHİBƏ


İldiko Sabo: Bərpa və quruculuq işləri yekunlaşdıqdan sonra yenilənmiş Qarabağa getmək istərdim

Olduqca gözəl təbiətə malik Qarabağ bölgəsində baş vermiş dağıntılar, xarabalıqlar mənə şok yaşatdı. Laçın, Kəlbəcər bəlkə də dünyanın ən unikal bölgələrindəndir. Qarabağda baş verənlər, Xocalıda dinc insanlara qarşı törədilmiş faciə ilə bağlı ətraflı məlumat aldım. Ordakı insanların ağrısını hiss etdim.AZƏRTAC xəbər verir ki, bu fikirləri Vyanada Reza Deqatinin “Qarabağın ruhu – sülhə doğru uzun yol” adlı sərgisinə baş çəkən macarıstanlı səyyah İldiko Sabo deyib.