MÜSAHİBƏ


“Əl Cəzirə” telekanalının nümayəndəsi: İstənilən ölkədə hər hansı bir şəraitdə minaların basdırılması insanlara qarşı yönəlmiş hərbi cinayətdir

İstənilən ölkədə hər hansı bir şəraitdə minaların basdırılması birbaşa insanlara, həmin ölkənin insanlarına qarşı yönəlmiş hərbi cinayətdir. Bu, beynəlxalq qanunlarla da qadağan edilib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında martın 31-də Ağdam rayonuna səfər edən “Əl Cəzirə” telekanalının İnsan hüquqları və azadlığı departamentinin sədri Sami Əlhac söyləyib.