MÜSAHİBƏ


Serkan Demirkıran: Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə çox minnətdarıq

Şagirdlərimiz Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazdılar. Hörmətli Prezidentimiz sagirdlərimizin yazdığı məktubu ehtiramla dəyərləndirərək onları Azərbaycana dəvət etdi. Şagirdlərimiz bu dəvətdən çox məmnundurlar. Azərbaycan Prezidenti İlham Əliyevə çox minnətdarıq.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kastomonu vilayətinin milli təhsil idarəsinin müdir müavini Serkan Demirkıran ifadə edib.