MÜSAHİBƏ


“Azərsu” ASC-nin nümayəndəsi: Gələcəkdə Şuşada daha üç su anbarının inşası planlaşdırılır

Şuşa şəhərinə iki mənbədən içməli su verilir. Həmin xətlər ermənilər tərəfindən dağıdılaraq sıradan çıxarılmışdı. Biz həmin xətləri qısa müddətdə bərpa edərək, şəhərə içməli suyun verilməsini həyata keçirdik. Hazırda Şuşa şəhəri 24 saat dayanıqlı içməli su ilə təmin olunur.
Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Azərsu” ASC-nin İşğaldan azad edilmiş ərazilərdə qəza-bərpa xidmətinin rəhbəri Oqtay Həziyev deyib.