MÜSAHİBƏ


Şuşada 6 elektrik yarımstansiyasının inşası yekunlaşmaq üzrədir

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhəri qısa müddətdə - 37 gün ərzində elektrik enerjisi ilə təmin edildi. Bundan sonra şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün plan hazırlandı. Mövcud şəbəkə əvvəlki vaxtlardan qalma 48 ədəd köhnə transformator məntəqəsindən ibarət idi. Ona görə də 35/04 kVt-luq 9 elektrik yarımstansiyasının inşası planlaşdırıldı. Artıq onlardan 6-da işlər yekunlaşmaq üzrədir. Qarşıdakı aylarda digər 3 yarımstansiyanın da tikintisinə başlanılacaq.Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.