MÜSAHİBƏ


Professor Aygün Attar: Qarabağ Zəfəri hər birimizə nəsib olan ən ali mükafatdır

Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməyimi böyük qürur hissi ilə qarşıladım. Can Azərbaycana xidmət etmək hər zaman həyatımın mənası olub. Həmişə hesab etmişəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, qəhrəman şəhid və qazilərimizin qanı hesabına qazanılan Qarabağ Zəfəri hər birimizin həyatına nəsib olan ən ali mükafatdır.Bu fikirləri Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar AZƏRTAC-a açıqlamasında ifadə edib.