MÜSAHİBƏ


Ziya Zakir Acar: Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmaqdan qürur və şərəf duyuram

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun Qarabağda qazandığı şanlı Qələbə tarixə qızıl hərflərlə yazılıb. Məhz bu Qələbə sayəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmaqdan qürur və şərəf duyuram.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri və İğdır Azərbaycan Evinin rəhbəri, yazıçı-tədqiqatçı Ziya Zakir Acar ifadə edib.