MÜSAHİBƏ


Sədaqət Qəhrəmanova: Narkomaniyaya qarşı təkcə dövlət yox, hər bir vətəndaş mübarizə aparmalıdır

Narkomaniya insanların həm səhhətinə, ailələrin dağılmasına, cəmiyyətimizin inkişafına təsir göstərir, həm də cinayətkarlığın artmasına səbəb olur. Ona görə bu istiqamətdə nə qədər tədbirlər keçirsək də, azdır. Ən vacibi də ondan ibarətdir ki, hər bir vətəndaş bu problemin qarşısını almaq üçün ümumi mübarizəyə qoşulmalıdır.Bu sözləri Lənkəranda AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova söyləyib.