Mixail Qusman: Dünya azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi böyük hadisədir
21.04.2022 [13:26]
Xəbərin mətni
Dünya azərbaycanlılarının V qurultayı kimi iri tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi böyük hadisədir. AZƏRTAC-ın müxbirinə bu sözləri TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələri ilə görüşdən sonra söyləyib.