MÜSAHİBƏ


Ayşə Kəşir: Əməkdaşlığımızın faydalılığı bütün türk dünyasını əhatə edir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə Ankarada səmərəli müzakirələr apardıq. Maraq və dəyərlərimizə ortaq yanaşma çox əhəmiyyətlidir.AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qadın Təşkilatının sədri Ayşə Kəşir bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə AK Partidə keçirilən görüşü dəyərləndirərək mediaya açıqlamasında bildirib.