MÜSAHİBƏ


Fərhad Abdullayev: Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60 illiyinin qeyd olunması əlamətdar hadisədir

Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümünün qeyd olunması çox böyük, əlamətdar tarixi hadisədir. Türkiyəli həmkarlarımızın dəvətini qəbul edib bu yubiley tədbirində böyük məmnuniyyətlə iştirak edirik.Bunu Ankarada keçirilən "Əsas hüquq və azadlıqların müdafiəsində Konstitusiyanın şərhi" mövzusunda beynəlxalq simpoziumda iştirak edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev AZƏRTAC-a açıqlamasında deyib.