MÜSAHİBƏ


Səməd Seyidov: Azərbaycanın regionda yaratdığı reallıq qarşısında Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur

Azərbaycanın regionda yaratdığı yeni reallıq davamlı sülhün əsasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün çıxışlarında da qeyd etdiyi kimi, ölkəmizin artıq 5 prinsipdən ibarət sülh təklifi Ermənistana, eləcə də dünya ictimaiyyətinə açıqlanıb. Bu prinsiplər Avropada, eləcə də bütün dünyada müsbət qiymətləndirilib.
Prezident İlham Əliyevin sonuncu Brüssel səfəri “Brüssel prosesini” yaratdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında da bu, əyani şəkildə təsdiqləndi.