MÜSAHİBƏ


Kimmo Klyunen: Dialoq və danışıqlar ittihamlardan daha səmərəli olacaq

Cənubi Qafqazda, Azərbaycan və Ermənistan arasında təhlükəsiz, stabil vəziyyət uzun müddətdən sonra yaranıb. Mən erməni və azərbaycanlı dostlarımı birlikdə masa arxasında əyləşərək dialoqa, danışıqlar aparmağa çağırıram. Birlikdə biz daha səmərəli ola bilərik. Artıq dialoq başlayıb, onu davam etdirmək lazımdır.Bu fikirləri AŞPA-nın Finlandiyadan olan üzvü və Ermənistan üzrə məruzəçisi Kimmo Klyunen AZƏRTAC-a müsahibəsində deyib.