MÜSAHİBƏ


Byorn Berge: Azərbaycan müxtəlif mədəniyyət və din nümayəndələrinin görüş məkanına çevrilib

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində zəngin təcrübəsi var və bu istiqamətdə uzun illərdir ki, mühüm addımlar atır. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa dair vacib konfranslara ev sahibliyi edib. Azərbaycan müxtəlif mədəniyyət və din nümayəndələrinin görüş məkanına çevrilib. Bu, bir daha göstərir ki, Azərbaycan bütün dünyanın ehtiyac duyduğu dini və mədəni dözümlülük probleminə olduqca həssas münasibət bəsləyir.Bu fikirləri Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Kabinetinə İtaliyanın sədrliyi çərçivəsində keçirilən dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfransın moderatoru, Avropa Şurası Baş katibinin müavini Byorn Berge AZƏRTAC-a müsahibəsində deyib.