MÜSAHİBƏ


Dosent Rafiq Bayramov: Hazırda pandemiyanın tam bitdiyini söyləmək hələ tezdir

İki ildən artıq davam edən və bütün dünyanın gündəmini dəyişən koronavirus (COVID-19) pandemiyası təbii olaraq bizim ölkəmizdən də təsirsiz ötüşməyib. Pandemiya başlayan bir gündən Azərbaycanda tətbiq olunan adekvat qərarlar və görülən tədbirlər əsasında bu problemi minimum zərərlərlə başa vura bildik.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov mövzu ilə bağlı açıqlamasında ifadə edib.