MÜSAHİBƏ


Nigar Helmi Abbasbəyli: Azərbaycan mədəniyyətini təmsil etdiyim üçün qürur duyuram

“Qarabağın mirası” mövzusunda sərgim Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub. Azərbaycan mədəniyyətini təmsil etdiyim üçün qürur duyuram.Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulda açılan “Qarabağın mirası” fərdi rəsm sərgisinin müəllifi, azərbaycanlı rəssam Nigar Helmi Abbasbəyli bildirib.