MÜSAHİBƏ


Özgül Özkan Yavuz: Azərbaycan Qarabağı daha gözəl mədəniyyət və sənət mərkəzi kimi yenidən ayağa qaldıracaq

Qarabağda, Şuşada böyük bir dağıntı olub. Mədəni irsimizə, məscidlərimizə, milli-mənəvi dəyərlərimizin nümunələrinə, muzeylərimizə çox böyük zərərlər vurulub. Lakin bu əsərlərdə, əslində, orada var olan ümidi də görmək mümkündür. Çünki güclü bir mədəniyyəti olan xalqı heç kim yıxa bilməz. Azərbaycan da bu güclü keçmişi və mədəniyyəti ilə Qarabağı, eləcə də Şuşanı keçmişdə olduğundan daha da gözəl mədəniyyət və sənət mərkəzi kimi yenidən ayağa qaldıracaq. Biz buna ürəkdən inanırıq. Təbii ki, Türkiyə Respublikası və dövlət qurumları olaraq biz də hər növ mədəni əməkdaşlığa, dəstəyə hər zaman hazırıq. Bütün mədəni-irs, ədəbiyyat, kino, sənət kimi digər ortaq əməkdaşlıq sahələrində dost və qardaş Azərbaycanın hər zamankı kimi, Qarabağda da yanındayıq. Qarabağda şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz ifadə edib.