MÜSAHİBƏ


Sərdar Karagöz: AZƏRTAC və Anadolu Agentliyi Türkdilli Xəbər Agentlikləri Birliyini yenidən formalaşdırır

Bu gün burada türk dünyasının mediasına istiqamət verən vacib şəxslər bir araya gəldilər. Bir çox mövzu haqqında fikir mübadilələri aparıldı. Türk dünyasını bir-birinə yaxınlaşdıran ortaq media dilinin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Biz də Anadolu Agentliyi olaraq türk dünyasında fəaliyyət göstərən xəbər agentliklərini bir araya gətirmək istəyirik. Xüsusilə AZƏRTAC və Anadolu Agentliyinin təşkilatçılığı ilə Türkdilli Xəbər Agentlikləri Birliyini yenidən formalaşdırırıq.Bu fikirləri Anadolu Agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz AZƏRTAC-a müsahibəsində bildirib.