MÜSAHİBƏ


Nazir Sahil Babayev: Azərbaycan ilə Türkiyə hər bir sahə üzrə münasibətləri ən yüksək səviyyədə qurub

Bu gün Azərbaycan və Türkiyə arasında sosial məsələlər, əmək və məşğulluq üzrə Birgə Daimi Komissiyanın 10-cu iclası keçirildi. Bu iclas çərçivəsində ölkəmizdə və Türkiyədə sosial məsələlər, əmək və məşğulluq sahəsində əldə olunan təcrübələr bölüşüldü, yeni proqramlar, mexanizmlər və əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində ətraflı müzakirələr aparıldı. Bu müzakirələrin nəticəsində hazırlanan qarşılıqlı sənədlər imzalandı.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.