Türkiyə Respublikası milli müdafiə nazirinin müavini: “Hər kəsi bu möhtəşəm festivala dəvət edirik”
26.05.2022 [19:49]
2018-ci ildə Türkiyədə start verilən “TEKNOFEST” festivalı çox böyük marağa səbəb oldu. Bu gün sözügedən festival ilk dəfə Türkiyə hüdudlarından kənarda - qardaş ölkə Azərbaycanda keçirilir. 4 gün davam edəcək “TEKNOFEST Azərbaycan”da biri-birindən maraqlı müxtəlif layihələr təqdim ediləcək. Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Dere söyləyib.