MÜSAHİBƏ


Pyer Benolyel: Əminəm ki, Azərbaycan müstəqilliyini daha da möhkəmləndirəcək

Azərbaycanlı dostlarımla birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd etmək mənim üçün şərəfdir. Bu şərəfi mənə yaşatdığı üçün Azərbaycanın Parisdəki səfirinə təşəkkürümü bildirirəm. Azərbaycan dövlətinin rəhbərliyini, xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.Bu fikirləri Azərbaycan Mədəniyyət Mərkəzində 28 May - Müstəqillik Gününə həsr edilmiş ziyafətdə iştirak edən vəkil Pyer Benolyel AZƏRTAC-a müsahibəsində deyib.