Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜSAHİBƏ

Mehman İsmayılov: FHN daim şəhid ailələri ilə əlaqə saxlayır, müxtəlif bayramları onlarla birlikdə keçirir

01.06.2022 [19:26]

Xəbərin mətni

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirildi. Tədbirin əsas məqsədi uşaqların Fövqəladə Hallar Nazirliyinin qurumlarına həvəsinin artırılması, xilasedicilərin və yanğınsöndürənlərin iştirak etdiyi tədbirlərə qatılması və onların texniki avadanlıqlar ilə tanış olmasıdır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yevlaxda jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov söyləyib.