Akademik Kamal Abdulla TÜRKSOY-un “Şərəf” medalı ilə mükafatlandırılıb
04.06.2022 [16:52]
Xəbərin mətni
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Ankarada TÜRKSOY-un Mərkəzi Qərargahında keçirilib.