MÜSAHİBƏ


Nuran Acar: Qarabağ Zəfərinə ithaf edəcəyimiz çox böyük bir konsert səfərinə hazırlaşırıq

Qardaş Azərbaycanla həyata keçirdiyimiz layihələrimiz davamı edir. “Hazarfem” dərnəyi olaraq şanlı Qarabağ Zəfərinə ithaf edəcəyimiz çox böyük bir konsert səfərinə hazırlaşırıq. Bununla bağlı Türkiyə və Azərbaycanın aidiyyətı dövlət qurumlarına müraciət etmişik. Yaxın zamanlarda tarixlərin müəyyən olunacağına ümid edirəm. Bundan əlavə, “TRT” və Azərbaycan sənətçiləri ilə birlikdə Şuşada da bir konsert proqramı ilə çıxış etmək istəyirik. Çox yaxın bir vaxtda həm Bakıda, həm də Şuşada bir konsert proqramı ilə sizinlə birlikdə olacağımız günü gözləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) sədri Nuran Acar jurnalistlərə açıqlamasında bildirib.