MÜSAHİBƏ


Kənan Çarboğa: Əhməd Cavadın şeirlərinin Türkiyədə yayılmasının böyük əhəmiyyəti var

Böyük Azərbaycan şairi Əhməd Cavadın adının Türkiyədə əbədiləşdirilməsi və şeirlərinin nəşri xüsusi əhəmiyyət daşıyır. Çünki Əhməd Cavad yalnız istedadlı şair deyil, həm də milli mücadiləmizin qəhrəman simalarındandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri türkiyəli tanınmış ədəbiyyatçı və tərcüməçi, Əhməd Cavadın şeirlərinin Türkiyə türkcəsinə tərcüməçisi Kənan Çarboğa deyib.