MÜSAHİBƏ


Binəli Yıldırım: Regionda sülhü və rifahı daimi etmək üçün daha çox əməkdaşlığa ehtiyacımız var

Regionda sülhü və rifahı daimi etmək üçün daha çox əməkdaşlığa ehtiyacımız var. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq, eləcə də regional təşkilatların heç biri rəqib deyil, hər bir qurumun əsas məqsədi qlobal sülhə nail olmaqdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda jurnalistlərə açıqlamasında Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ifadə edib.