MÜSAHİBƏ


Səbinə Əliyeva: Qlobal Bakı Forumunda qaldırılan mövzular olduqca aktualdır

İştirak etdiyimiz IX Beynəlxalq Bakı Forumu olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, burda qaldırılan mövzular olduqca aktualdır.Bu sözləri IX Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AZƏRTAC-a verdiyi açıqlamasında deyib.