MÜSAHİBƏ


BMT Baş katibinin xüsusi nümayəndəsi: Bakı Forumu beynəlxalq qurumları problemli məsələlər barədə düşünməyə çağırır

IX Qlobal Bakı Forumu dünyada yaranmış problemlərin həllinə müəyyən mənada töhfə verir. Bu Forum beynəlxalq qurumları problemli məsələlər üzərində düşünməyə çağırır. Forum davamlı olarsa, ölkələr tərəfindən bəzi konkret qərarlar qəbul edilər və dünya ictimaiyyəti bundan faydalanar.Bu sözləri Botsvananın sabiq Prezidenti, BMT Baş katibinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Festus Moqae AZƏRTAC-a müsahibəsində deyib.