MÜSAHİBƏ


Bəhruz Müslümov: Xaricdə ali təhsilini bitirən hər bir azərbaycanlı gənc, ilk növbədə öz ölkəsi üçün faydalı olmalıdır

Ölkəmizin təhsil sahəsində bir çox uğurlara imza atan gənc mütəxəssislərindən biri də Azərbaycan Pedaqoji Universiteti və Amerikanın Corc Vaşinqton Universiteti arasında "Təhsil siyasəti və idarəetməsi” programının məzunu Bəhruz Müslümovdur. Eyni zamanda Bakı Dövlət Universitetinin müəllimi olan Bəhruz Müslümov AZƏRTAC-a müsahibəsində deyib ki, xaricdə ali təhsilini bitirən azərbaycanlı tələbələrin ilk növbədə vətənə qayıdıb, öz ölkələri üçün faydalı olması daha məqsədə uyğundur.