MÜSAHİBƏ


“Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” filmi erməni işğalı haqqında məlumatları aydın şəkildə nümayiş etdirir

“Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli film 30 il müddətində Ermənistanın işğalı altında olmuş və Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərdə real vəziyyəti nümayiş etdirir. Film vasitəsi ilə erməni işğalı zamanı törədilmiş zərərin dərəcəsini görürük, işğalla bərabər, ermənilərin bu ərazilərdə tarixi, mədəni və dini rəmzləri, izləri, hətta xristian izini məhv etmək istəyinin şahidi oluruq. Bu ərazilər müxtəlif sivilizasiyaların, xalqların birgə yaşadığı məkan olub. Ancaq ermənilər bu ərazilərdə onlara məxsus olmayan bütün abidələrin izlərini məhv etməyə çalışıblar. Film region haqqında, erməni işğalı dövrü haqqında ətraflı məlumatı aydın şəkildə nümayiş etdirir.Bu fikirləri Azərbaycan səfirliyinin mədəniyyət mərkəzində “Şuşa İli” çərçivəsində nümayiş etdirilmiş “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” sənədli filminin təqdimatından sonra sabiq fransız deputat, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jerom Lamber AZƏRTAC-a müsahibəsində deyib.