MÜSAHİBƏ


Ç.Bista: Xəzər dənizində yaranan vəziyyəti dəyişmək üçün Azərbaycana dəstək verməyə davam edəcəyik

Son illərdəki iqlim dəyişiklikləri Xəzər dənizinin hövzəsində daha həssas bir vəziyyət yaradıb. Xəzər dənizinin gələcək vəziyyəti üçün bu konfrans olduqca vacib xarakter daşıyır.
Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista deyib.