MÜSAHİBƏ


Umayra Tağıyeva: Xəzər dənizinin ən aşağı səviyyəsinə çatmağa 80 santimetr var

Dünyada iqlim dəyişmələri prosesi sürətlə baş verir və böyük fəsadlarla nəticələnir. Azərbaycanda da iqlim dəyişmələri ilə bağlı anomal hidrometeoroloji hadisələrin artımı müşahidə olunmaqdadır. Biz bunu gündəlik həyatımızda da müşahidə edirik. Bu ilin iyununda 18 sel-daşqın hadisəsi baş verib. Hansı ki, 1961-1990-cı illər arasında, yəni iqlimin nisbətən sabit dövründə belə hadisələr ümumiyyətlə ildə 4-5 dəfə qeydə alınırdı.
Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransın media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bunu tədbir zamanı jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.