MÜSAHİBƏ


Mədət Quliyev: İşğaldan azad olunmuş torpaqlarımızda yarışların təşkili bizi çox sevindirir

Xalqımızın 30 ildə arzusu bu idi ki, torpaqlarımız işğaldan azad olunsun və həmin yerlərdə yarışlar keçirək. Bu gün bu arzumuzun gerçəkləşməsi bizi çox sevindirir.
Bu sözləri Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında keçirilən "Əziz Şuşa" beynəlxalq veloyürüşü zamanı Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev jurnalistlərə müsahibəsi zamanı bildirib.