MÜSAHİBƏ


Vahid Hacıyev: Ağalı kəndinə ayın sonuna kimi 41 ailə köçürüləcək

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Ümumilikdə, 41 ailənin dörd mərhələdə köçürülməsi planlaşdırılıb. İlk mərhələdə 10 ailə köçəcək. Ağalı kəndinə Köçürüləcək təxminən 200 nəfər burada hər cür şəraitlə təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ağalı sakinlərini yolasalma mərasimində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında bildirib.