MÜSAHİBƏ


Rövşən Rzayev: Bu gün Böyük Qayıdışın ilk qədəmləri qoyulur

Azərbaycanın işğal altında olan torpaqları 30 ildən sonra Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində azadlığa qovuşdu. Biz buna görə Müzəffər Ali Baş Komandana, Ordumuza, hərbçilərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Bu gün onların sayəsində vətəndaşlarımız öz yurdlarına qayıdırlar.Bunu Ağalı sakinlərini yolasalma tədbirində jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.