MÜSAHİBƏ


Vəliyəddin Paşayev: Ermənilərin xarabalığa çevirdiyi Ağalı indi gülüstana dönüb

Zəngilan rayonunun Ağalı kəndində doğulub boya-başa çatmışam. Kəndimizi tərk edəndə 32 yaşım var idi. Uzun illər idi torpaqlarımızın azad olunmasını gözləyirdim. Şükür Allaha, 2020-ci ilin payızında 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Əhd etmişdim ki, torpaqlarımız alınanda bərpa işlərində mən də iştirak edəcəyəm. Əhdimə sadiq qaldım. Bir il üç aydır ki, Ağalıda işləyirəm. Buranı ilk dəfə görəndə dəhşətə gəldim. Erməni vandalları kəndimizi xarabalığa çevirmişdilər. İndi isə Ağalı kəndi gülüstana çevrilib.
Bunu AZƏRTAC-a müsahibəsində Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.