MÜSAHİBƏ


Mixail Qusman: Beynəlxalq Media Forumun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi mühüm hadisədir

Medianın İnkişafı Agentliyi tərəfindən və Prezident Administrasiyasının dəstəyi ilə təşkil edilmiş Beynəlxalq Media Forumun keçirilməsi çox mühüm hadisədir. Əlbəttə, çox mühümdür ki, bu tədbir işğaldan azad edilmiş Şuşada - böyük tarixi ənənələr şəhərində, Azərbaycanın mədəniyyət paytaxtında keçirilir.AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa şəhərində keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumda iştirak edən Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman mətbuata müsahibəsində söyləyib.