MÜSAHİBƏ


Solmaz Vəliyeva: Arzuladığımız, xəyal etdiyimiz Ağalı bu gün bizləri gözləyir

Zəngilandan ayrılanda gənc olduğum üçün olanları yaxşı qavraya bilmirdim. Bundan əlavə, biz Araz çayını keçərək oradan çox pis vəziyyətdə ayrıldıq. 29 il ərzində müxtəlif yerlərdə məskunlaşsaq da, fikrimiz, ağılımız Zəngilanda idi. Hər zaman Zəngilana, Ağalıya getmək istəyirdik. Şükürlər olsun ki, bu anları yaşamaq bizə qismət oldu.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağalı kəndinə köçən sakin Solmaz Vəliyeva söyləyib.