MÜSAHİBƏ


Orduxan Qəhrəmanzadə: Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması bir ilkdir

Ötən ilin oktyabrında təsis olunan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi bu gün ilk beynəlxalq sammitini keçirir. Dövlətimizin başçısı İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü iki əsas təşəbbüsdən biri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması idi və bu, bir ilkdir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə jurnalistlərə müsahibəsində söyləyib.