MÜSAHİBƏ


Gülnar Qurbanlı: “ASAP Forum 2022” tədbirindən gözləntilərim şəbəkələşmə, yeni tanışlıqlar və imkanların yaradılmasıdır

Mən Türkiyənin İstanbul şəhərinin Koç Universitetində biznesin idarə edilməsi fakültəsinin üçüncü kursunda təhsil alıram. “ASAP Forum 2022” tədbiri barədə mənə instaqram vasitəsilə dostlarımdan öyrəndim və buraya təşkilatçı kimi qatıldım. Forumda gözləntilərim şəbəkələşmə, yeni tanışlıqlar və imkanların yaradılmasıdır.
Bunu Bakıda Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə keçirdiyi “ASAP Forum 2022”nin tədbirinin təşkilatçılarından biri olan Gülnar Qurbanlı AZƏRTAC-a müsahibəsində bildirib.