MÜSAHİBƏ


İlkin Namazlı: Diaspor Gənclərinin Yay Düşərgəsi gənclərimizin məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir

Xalqımız otuz ilə yaxın müddətdə həsrətlə gözlədiyi ən böyük arzusuna – doğma torpaqlarımızın işğaldan azad edilməsi sevincinə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə sayəsində nail oldu. Hər bir azərbaycanlı bu şanlı Zəfərin haqlı qürurunu yaşayır. Məhz bu Qələbə sayəsində azad edilən tarixi ərazilərimizdə, o cümlədən mədəniyyətimizin beşiyi olan Şuşada olduğuma görə sonsuz qürur hissi keçirirəm. Bu anı bizə bəxş edən Prezidentimizə, qəhrəman Ordumuza ürəkdən minnətdaram.
Bunu avqustun 2-də Şuşada açılışı olan Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı, İtaliyada magistratura təhsili alan azərbaycanlı gənc İlkin Namazlı AZƏRTAC-a açıqlamasında deyib.