Diaspor gənci: Qarabağın, Şuşanın tarixi barədə məlumatları yaşadığım ölkədə digərləri ilə bölüşəcəyəm
02.08.2022 [20:38]
Xəbərin mətni
Mən Şimali İrlandiyadan gəlmişəm. Düşərgə bizim üçün çox faydalıdır. Avqustun 8-dək buradayıq. Azərbaycan dilində olan bütün proqramlarda iştirak edəcəyik. Bizə Azərbaycanımızın tarixi barədə hər şeyi ətraflı öyrədəcəklər.
Bunu avqustun 2-də Şuşada açılışı olan Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı Əyyub Ağazadə AZƏRTAC-a açıqlamasında deyib.