MÜSAHİBƏ


Laçın sakini: 30 illik Vətən həsrətinin bitəcəyi tarixə sayılı günlər qalıb, o günü səbirsizliklə gözləyirik

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın işğal altındakı digər torpaqlarımız kimi, Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytaracağı günə az qalıb. Azərbaycan dövləti üçtərəfli bəyanata əsasən Laçın dəhlizinə alternativ yolun çəkilişini artıq başa çatdırıb. Beləliklə, Kəlbəcərdə, Ağdamda olduğu kimi, Laçında da qanunsuz məskunlaşan ermənilərin torpaqlarımızı tərk etməsinin vaxtı çatdı.