BMT-də “Əlquds Alarabi” bürosunun rəhbəri: Ermənilər təkcə insanları öldürməyib, həm də tarixə qarşı soyqırımı ediblər
30.08.2022 [10:40]
Xəbərin mətni
Qarabağda baş verənləri hər zaman yaxından görmək istəmişdim. Eşidirdik ki, ermənilər burada təkcə insanları yox, həm də tarixi öldürüb, tarixə qarşı soyqırımı ediblər. Gəldik, bunları gözlərimizlə gördük.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində BMT-də “Əlquds Alarabi” bürosunun rəhbəri, Rutgers Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin professoru, Əl-Cəzirə, BBC, DW, “France 24” və digər media qurumlarının şərhçisi Abdelhamid Siyam deyib.