“Al Arabiya”nın əməkdaşı: Siz həm özünüzü qorudunuz, həm torpağınızı qaytardınız, həm də dünyaya göstərirsiniz ki, bərpa necə aparılır
30.08.2022 [17:24]
Xəbərin mətni
Azad olunan ərazilərdə erməni vəhşiliyini - dağıntıları gördük, çox təsirləndik. Məscidlər yerlə-yeksan olunub, insanlarla bərabər, tarix də məhv edilib. Çox şadam ki, Azərbaycan bizi bu yerləri görməyə dəvət etdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin tərkibində ölkəmizə gələn “Al Arabiya” telekanalının əməkdaşı Abdellah İmassi Füzulidə erməni vandalizmi ilə tanış olarkən söyləyib.