MÜSAHİBƏ


Nazir müavini: Bakıda keçirilən “TEKNOFEST”i 300 mindən çox insan ziyarət edib

Məlum olduğu kimi, bu il Türkiyədə “TEKNOFEST” beşinci dəfə keçirilir. Bu, dünyanın ən böyük texnologiya festivalıdır ki, qardaş ölkə bu tədbirə ev sahibliyi edir. “TEKNOFEST”də bu il bir ilkə də imza atılıb. Bu il festival ilk dəfə olaraq Türkiyə sərhədlərindən kənara çıxaraq məhz Azərbaycanda keçirildi. Bu ilin may ayının 26-29-u tarixləri arasında Bakıda keçirilən “TEKNOFEST”i 300 mindən çox insan ziyarət edib. Bu, regionun ən böyük festivalı idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə keçirilən “TEKNOFEST-2022 Qara Dəniz”də iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Azərbaycan mediasına müsahibəsində deyib.